2011-ci il fevralın 24-də Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş “Xocalı: bu günün və gələcəyin harayı” adlı azərbaycan və rus dillərində sərgi və slaydın təqdimatı keçirildi.
slayd az - YÜKLƏ
slayd rus - YÜKLƏ
 |
2011-ci il fevralın 22-də Səbail rayon MKS-in Mərkəzi kitabxanasında görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin anadan olmasının 142-ci ildönümü və Beynəlxalq Ana Dili Günü münasibətilə C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərinin birgə hazırladıqları “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq” mövzusunda ədəbi məclis reallaşdırıldı.
C.Məmmədquluzadənin ev-muzeyinin direktoru P. Mahmudova görkəmli ədibin ana dilimizin təmizliyi uğrunda apardığı mübarizədən bəhs edən məruzə ilə çıxış etdi. Muzeyin böyük elmi işçisi Y.Məmmədova, C.Məmmədquluzadə və ana dili”, N.Nərimanov xatirə muzeyinin elmi işçisi R.Qəhrəmanova “N.Nərimanov ana dilimizin keşiyində” adlı məruzələrlə çıxış etdilər. Ədəbi məclisdə “Azərbaycan ədəbiyyatı” qəzetinin məsul katibi A.İsmayılov, 150 saylı şəhər məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi M.Babakişiyeva mövzu ilə bağlı maraqlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Respublikanın əməkdar artisti Azad Şükürov böyük Mirzə Cəlilin xatirəsinə onun yaradıcılığından nümunələri təqdim etdi. Tədbirdə 150 saylı məktəbin şagirdləri C.Məmmədquluzadənin felyetonları əsasında hazırladıqları kiçik səhnəcikləri nümayiş etdirdilər. Həmçinin C.Məmmədquluzadənin ev-muzeyinin hazırladığı “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin” sənədli səyyar sərgisi, Səbail rayon MKS-in təşkil etdiyi “Sizi deyib gəlmişəm...”adlı kitab sərgisi, “Molla Nəsrəddin”çi şairlər” adlı slayd tədbir iştirakçılarına təqdim olundu.
 |
Cəlil Məmmədquluzadə - 142
Sizi deyib gəlmişəm...
Slayd - YÜKLƏ
"Molla Nəsrəddin"çi şairlər : Mirzə Ələkbər Sabir
Slayd - YÜKLƏ
Tıq-tıq xanım
Uşaqların sevimli yazıçısı A.Şaiqin anadan olmasının 130 illiyi münasibətilə hazırlanmış və uşaq kitabxanaları üçün nəzərdə tutulmuş tövsiyə vəsaiti.
YÜKLƏ
Qan yaddaşımız

1990-cı il 20 yanvar hadisələrinin qeyd olunması ilə bağlı Bakı şəhər kitabxanalarında keçiriləcək kütləvi tədbirlər üçün tövsiyələr.
20 Yanvar slayd - YÜKLƏ
 |
2011-ci il yanvarın 12-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Azərbaycanda son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” mövzusunda Səbail rayon MKS-lə birgə seminarı keçirildi. Seminar Səbail rayon MKS-in Mərkəzi kitabxanasında gerçəkləşdirildi. Seminarın keçirilməsində əsas məqsəd Vətənimizin qədim tarixi və zəngin mədəni irsi haqqında ictimaiyyətə məlumat vermək, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı dünyagörüşün hərtərəfli inkişafına, mədəniyyət ocaqlarına marağın artmasına kömək göstərmək, bu sahədə problemləri müəyyən etməkdir.
Seminar çərçivəsində “Orta əsr Ağsu şəhərinin 3D görüntülü video-filmi, “Azərbaycan tarixi kitab səhifələrində” adlı kitab sərgisi nümayiş olundu. Tədbirdə mövzuya dair diskussiya aparıldı və fərqlənənlər “Ağsu şəhəri orta əsrlərdə” adlı kitab-albomu ilə mükafatlandırıldılar.
 |
18 sentyabr 2010-cu ildə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi və “Milli Musiqi Günü” M. Qorki adına MSKF-də musiqi gecəsi ilə qeyd olundu. Gecənin qonaqları müxtəlif peşə sahibləri, tələbə və məktəblilər idi. Tədbirdə bəstəkarın yaradıcılığına nəzər salındı, nəğmə və romansları, instrumental pyesləri, “Leyli və Məcnun”operasından, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarından parçalar səsləndi.
 |
2010-cu il sentyabrın 15-də M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu 190 saylı məktəbin birinciləri üçün “Bilik günü”nə həsr olunmuş “Doğma məktəb” adlı tədbir keçirdi.
Tədbirdə təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsində, cəmiyyətə, dövlətə layiqli insanın tərbiyə olunmasında məktəbin böyük rolu olduğu bildirildi, bu bilik akademiyasına gedən yolun isə məhz kitablardan başlandığı göstərildi və həmin qiymətli xəzinənin kitabxanalarda toplandığı haqqında məlumat verildi. Uşaqlar üçün təşkil olunmuş rəngarəng kitab sərgisi maraqla qarşılandı. Sonda hədiyyə edilən kitablar birincilərin böyük sevincinə səbəb oldu.

 |
 |
2010-cu il avqustun 12-də M.Qorki adına MSKF-də “Beynəlxalq Gənclər Günü” münasibətilə “Azərbaycan gənclərinin cəmiyyətdə rolu” mövzusunda oxucu konfransı keçirildi.
Tədbirdə çıxış edənlər “Beynəlxalq Gənclər Günü”nün 1998-ci ildə təsis olunması və 2000-ci ildən başlayaraq bir çox dövlətlərdə, ocümlədən dünya birliyinin tamhüquqlu üzvü olan Azərbaycanda da “Beynəlxalq Gənclər Günü” kimi qeyd olumnasını şərtləndirən amilləri vurğulayaraq müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsinin gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən asılı olduğunu diqqətə çatdırdılar.
 |
2010-cu il iyulun 13-də M.Qorki adına MSKF-də xalqımızın böyük şairi, görkəmli alim, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin 85 illik yubileyi qeyd olundu. Gecədə elm və sənət adamları, yazarlar, kitabxana işçiləri və poeziyasevərlər iştirak etdilər.
Tədbirdə çıxış edənlər şairin sənət dühasını yüksək qiymətləndirdilər və onun Azərbaycan poeziyasında silinməz bir iz qoyduğunu qeyd etdilər. Vurğulandı ki, azərbaycanlıların bütöv bir nəsli zəngin tarixə malik ədəbiyyatımızın ən yaxşı nümunələri ilə, o cümlədən güclü milli ruhla aşılanmış B.Vahabzadə poeziyası ilə böyüyüb formalaşmışdır. Hələ keçmiş sovet dövründə təqiblərdən qorxmayaraq yazdığı və gizli köçürülüb əldən-ələ gəzən məşhur “Gülüstan”, eləcə də “Yollar və oğullar” poemaları Azərbaycanın istiqlal savaşı iştirakçılarının haqlı olaraq dilinin əzbəri idi. Xalqın şairi üçün bu böyük məhəbbətdən daha yüksək mükafat təsəvvür etmək çətindir.
Gecədə şairin şeirləri və onun sözlərinə bəstələnmiş mahnılar səsləndi. Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olundu.
 |
2 iyun 2010-cu ildə M.Qorki adına MSKF-də S.Ə.Şirvaninin 175 illik yubileyi münasibətilə təşkil olunan ədəbi-bədii gecədə şair və yazıçılar, kitabxananın oxucuları iştirak etdilər.
Şairin yaradıcılığı haqda qonaqlar, sənət adamları S.Ə, Şirvanınin gözəlliyi və təmiz məhəbbəti tərənnüm edən parlaq lirikasının, hakim və istismarçı təbəqələrə, mədəni geriliyin müxtəlif təzahürlərinə qarşı çevrilmiş kəskin satiralarının, vətənpərvərlik, xalqlar arasında dostluq, insana məhəbbət, xeyirxahlıq, vəfa, sədaqət kimi bəşəri hissləri təbliğ edən öyüd və nəsihətləri, hikmətamiz hekayələri və təmsillərinin Azərbaycan bədii təfəkkürünün inkişafında mühüm rol oynadığını qeyd etdilər.
Tədbirdə məktəblilərin ifasında şairin şeir və qəzəlləri səsləndi. Gecədə S.Ə.Şirvaninin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olundu.
 |
25 may 2010-cu ildə M.Qorki adına MSKF-də “28 May – Respublika Günüdür” adlı Azərbaycanın istiqlaliyyət əldə etməsinin 92-ci ildönümü münasibətilə oxucu konfransı keçirildi. Oxucu konfransında kitabxananın fəal oxucuları, 190, 189, 150 saylı orta məktəblərin müəllim və şagirdləri iştirak etdilər.
Məktəb şagirdlərinin fəallığı ilə keçən tədbirdə müstəqillik tariximizə qısa bir nəzər salındı və oxucuların sualları cavablandırıldı. “28 May – Respublika Günü” ilə əlaqədar təşkil olunan sərgi maraqla qarşılandı. Sərgidə Azərbaycan Respublikasının şanlı səhifəsini əks etdirən ədəbiyyat və dövri nəşrlər nümayiş olundu. Kitabxanaçılar sərgi haqda oxucuların rəy və təkliflərini öyrəndilər və onlara lazımi məsləhətlər verdilər. Tədbir iştirakçıları konfransda öyrəndikləri biliklərin təhsildə, gələcək fəaliyyətlərində dəyərli olduğunu söylədilər.
 |
2010-cu il mayın 5-də M.Qorki adına MSKF-də ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Səbail rayonu 189 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Heydər Əliyev dühası əbədiyaşardır” adlı tədbir keçirildi.
Tədbirdə müasir Azərbaycan dövlətinin memarı H.Əliyevin şanlı həyat yolu, geniş fəaliyyəti, xalqımızın tarixində misilsiz və əvəzedilməz rolu haqda məktəblilərə məlumat verildi, müdrik dövlət xadiminin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün gördüyü işlərdən danışıldı.
Tədbirdə çıxış edənlər gənclərin milli-vətənpərvərlik tərbiyəsinin yüksəlməsində H.Əliyevin xidmətlərini qeyd edərək, onların sağlam vətəndaş kimi böyüməsi, layiqli övlad kimi yetişməsinin ümummilli liderimizin arzusu olduğunu vurğuladılar, ulu öndərimizin iftixarla dediyi- “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır. Çünki Azərbaycan Respublikasının prezidenti olaraq bu gün haqqında deyil, Azərbaycanın böyük gələcəyini düşünürəm. Azərbaycanın gələcəyi də uşaqlardan asılıdır” fikrini bir daha məktəblilərin diqqətinə çatdırdılar.
Azərbaycan Milli Mədəniyyətinın Müdafiəsi və Qorunması Fondunun sədr müavini Amaliya Rza qızı ümummilli liderlə bağlı xatirələrini danışdı. Tədbirdə ulu öndərə həsr olunan mahnılar səsləndi, videogörüntülər nümayiş olundu. Rəhbərin həyat və fəaliyyətini əks etdirən foto-stend və kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

 |
 |
2010-cu il mayın 3-də M.Qorki adına MSKF-də dramaturq Ə.Haqverdiyevin 140 illik yubileyinə həsr olunan gecə keçirildi. Tədbirdə iştirak edən ədəbiyyatsevərlər ədibin həyatı və yaradıcılığı haqqında geniş və maraqlı məlumatlar əldə etdilər. Gecədə çıxış edən ədəbiyyat və teatr xadimləri Ə. Haqverdiyevin Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu, onun maarifçilik və tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirərək yaradıcılığının bu günümüzlə bağlılığını xüsusi vurğuladılar.
Tədbirdə məktəblilərin ifasında yazıçının əsərlərindən parçalar səsləndi. Gecədə, həmçinin, dramaturqun həyat və yaradıcılığını əks etdirən kitab sərgisinin nümayişi oldu.
 |
2010-cu il aprelin 24-də Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu Səbail rayonu 189 saylı orta məktəblə birgə müharibə veteranları ilə görüş keçirdi. Tədbirdə Böyük Vətən müharibəsi cəbhələrində öz igidlikləri ilə fərqlənmiş Səbail rayonu Veteranlar Şurasının üzvləri xatirələrini söylədilər. Görüşdə məktəbin yuxarı sinif şagirdlərinin ifasında müharibəyə həsr olunan şerilər və mahnılar səsləndi. Tədbirin sonunda “Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı” adlı sənədli filmin nümayişi oldu.
M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun əməkdaşları tərəfindən hazırlanan “9 May-Qələbənin 65 illiyi” adlı geniş kitab sərgisi və foto-stend tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
 |
2010-cu il aprelin 14-də M.Qorki adına MSKF-də N.Nərimanovun 140 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi. Gecədə N.Nərimanovun həyat yoluna, ədəbi fəaliyyətinə nəzər salındı, onun Azərbaycan xalqının tarixində, ədəbiyyatında göstərdiyi xidmətlər qeyd olundu.
Kitabxananın direktoru N.Ələkbərova N.Nərimanovun xalqımızın tarixinə görkəmli ictimai-siyasi xadim, maarifpərvər şəxs, yazıçı, publisist, həkim kimi daxil olduğunu vurğuladı.
Gecədə məktəblilərin ifasında ədibin əsərlərindən parçalar səsləndi, dramlarından səhnələr canlandırıldı.
Tədbirdə N.Nərimanovun həyat və yaradıcılığını əks etdirən sərginın nümayişi oldu. Sərgidə N.Nərimanovun seçilmiş əsərləri, Elçinin “N.Nərimanov: Şəxsiyyəti və fəaliyyəti”, S.Əhmədovun “Azərbaycan tarixindən yüz şəxsiyyət”, T.Əhmədovun ”N.Nərimanovun dramaturgiyası”, “N.Nərimanovun yaradıcılıq yolu” və başqa tədqiqat əsərləri oxucuların diqqətinə çatdırıldı. Gecədə səslənən Azərbaycan xalq musiqi tədbirə xüsusi ovqat bəxş etdi.
 |
Nasir, dramaturq Sabit Rəhmanın anadan olmasının 100 illiyi münasibətilə 2010-cu il aprelin 6-da M.Qorki adına MSKF-də kecirilən ədəbi-bədii gecəyə elm və sənət adamları, yazarlar, kitabxana işçiləri, dramaturqun yaradıcılığı ilə yaxından tanış olan teatr və kitab həvəskarları toplaşmışdılar.
Tədbirdə çıxış edənlər dramaturqun yaradıcılıq yolu haqqında dəyərli fikirlər söylədilər. Sənətkarın həyat və fəaliyyətinə nəzər salan alim və yazıçılar onun zəngin ədəbi irs qoyub getdiyini, bu irsin geniş tədqiqat mənbəyi kimi əhəmiyyət daşıdığını xüsusi vurğuladılar. Onlar Sabit Rəhmanı komediya banilərindən biri kimi qiymətləndirərək həmin janrın estetik tələblərinə cavab verən dramaturqun ilk əsəri olan “Toy” satirik komediyasında inkişafa, tərəqqiyə mane olan cəhətlərin, bürokratizm, lovğalıq kimi eybəcərliklərin Kərəmov surətində ümumiləşdirilməsini sənətkarın maraqlı bədii tapıntısı kimi dəyərləndirdilər, onun “Arşın mal alan”, “Koroğlu”, “Əhməd haradadır?” kinofilmlərinin ssenarisi, “Ulduz”, “Hicran” komediyalarının libretto müəllifi kimi uğurlu işindən söz açdılar.
Tədbirdə sənətkarın komediyalarından kiçik səhnələr oynanıldı və kinofilmlərdən parcalar göstərildi. Gecədə dramaturqun əsərlərindən ibarət kitab sərgisinin nüayişi oldu.
 |
2010-cu il Martın 31-də M.Qorki adına MSKF-də 31 mart soyqırımının 92-ci ildönümü qeyd olundu. Kitabxananın direktoru N.Ələkbərova erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri məqsədyönlü soyqırımı və deportasiya siyasətinin xalqımızın tarixinə ağrılı səhifələr kimi daxil olduğunu vurğulayaraq soydaşlarımızın başına gətirilən faciələr haqqında məlumat verdi. Qeyd olundu ki, ermənilər tərəfindən doğma torpaqlardan qovulmuş soydaşlarımızın insan hüquqları kütləvi şəkildə kobudcasına pozulmuş, onlar qeyri-insani rəftarla etnik təmizləməyə məruz qalmışlar.
Kitabxananın Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri R.Əliyeva 31 mart azərbaycanlıların soyqırımı hadisələrindən -1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və vandalizm aktları barədə danışdı və bu cinayətlərin səbəb və məqsədlərini açıqladı.
Tədbirdə uşaq və gənclərin çoxsaylı sualları cavablandırıldı. Həmçinin 31 mart azərbaycanlıların soyqırımının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” adlı kitab sərgisinin də açılışı oldu. Sərgidə erməni quldurlarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, soyqırımı və təcavüz siyasətinin mahiyyətindən, ümumiyyətlə, yağı düşmən tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən əsərlər öz əksini tapmışdı.
 |
Martın 19-da M. Qorki adına MSKF-də Novruz şənliyi keçirildi. Kitabxanada əsl bayram əhval-ruhiyyəsi vardı. Novruz xonçası bəzədilmiş, süfrəyə yaşıl səmənilər düzülmüşdü. Hamının üzündə bayram sevinci hiss olunurdu. Kitabxananın direktoru Nüşabə Ələkbərova kollektiv üzvlərini və qonaqları bu əziz bayram münasibətilə təbrik etdi, onlara xoşbəxtlik, bahar təravətli həyat və gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Nüşabə xanım Novruz bayramı haqqında fikirlərini ifadərək dedi ki, Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.
Ulu öndər Heydər Əliyev Novruz bayramını belə səciyyələndirib: -Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır.”
Kitabxananın oxucusu Sabir Məmmədov Novruz ənənələrinin tarixi köklərindən söz acdı və maraqlı məlumatlarla tədbir iştirakçılarının bu bayram haqqında düşüncələrini daha da zənginləşdirdi.
Bayram şənliyində baharı vəsf edən şeirlər səsləndi. Hamı gözəl milli musiqimizdən zövq alaraq şənləndi.
Fevralın 26-da kitabxanada Xocalı faciəsinin qurbanlarını anma mərasimi keçirildi. Xocalıda həlak olmuş soydaşlarımızın xatirəsi yad edildi.
Tədbiri kitabxananın direktoru Nüşabə Ələkbərova açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 366-cı motoatıcı alayın köməyi ilə törətdikləri Xocalı faciəsi haqqında məlumat verdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verildiyini vurğuladı.
Mərasimdə çıxış edən kitabxananın işçisi Nazilə İmranlı Xocalıda erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz, əliyalın insanlara divan tutulmasından və şəhəri müdafiə edərək qəhrəmanlıqla həlak olmuş xocalılardan söz açdı. Sonra “Xocalı soyqırımı-əsrin faciəsidir” adlı sərgiyə baxış oldu. Sərgidə faciəyə həsr olunmuş kitab, jurnal və qəzet materialları nümayiş etdirildi.
Yanvarın 19-da M.Qorki adına MSKF-də 20 Yanvar faciəsinin 20-ci ildönümü qeyd olundu, şəhidlərimizin xatirəsi ehtiramla yad edildi. Kollektivin bütün üzvləri “Şəhidlər xiyabanaı”nı ziyarət etdilər, şəhid qəbirləri üzərinə qırmızı qərənfillər qoydular.
Kitabxanada o qanlı hadisələri əks etdirən foto-stend və kitab sərgisi hazırlandı. Oxucular və kollektivin üzvləri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
|